Üç maşın toqquşdu: 3 nəfər xəstəxanalıq oldu

Üç maşın toqquşdu: 3 nəfər xəstəxanalıq oldu

Üç maşın toqquşdu: 3 nəfər xəstəxanalıq oldu

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Hindarx qəsəbəsində "VAZ 2106", "VAZ 21011" və "Opel" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Tağıyev Məhər Valeh oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Adil Xanqulu oğlu, 1986-cı il təvəllüdlü Xudiyev Nicat Sahəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yilkin tibbi yardım göstərildikdən sonra yaralılar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

APA

Dostlarınla paylaş


Şərhlər


Top