04.11.2015
Qəzalar
Ucarda ağır qəza: ölən var
Ucar rayonunda ağır yol qəzası baş verib. Cars-az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 6-da saat 19 radələrində Ucar rayonunun Qazyan kəndində şəhər sakini Asif Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Ağasəf Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Ucar RPŞ tərəfindən araşdırma aparılır.