İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

İmişlidə qəza nəticəsində 3 nəfər xəsarət alıb

İmişli rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cars-az-ın "report"a istinadən məlumatına görə, hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Ağsu rayon sakini 1980-cı il təvəllüdlü Samir Səlim oğlu Allahverdiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən "VAZ-2121" markalı avtomobilə toqquşub. Hadisə zamanı "Hyundai"ın sürücüsü həmyerliləri 1969-cu il təvəllüdlü Xatirə Məhəmməd qızı Novruzəliyeva və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Vüqar Mirağa oğlu Novruzəliyev müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Novruzəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top