Türk vətəndaşı faciəvi şəkildə öldü

Türk vətəndaşı faciəvi şəkildə öldü

Türk vətəndaşı faciəvi şəkildə öldü

Haciqabul rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə Muğan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində “Volvo” və “Shagman” markalı 2 yük avtomobili toqquşub. Qəza nəticəsində, “Volvo” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb. Meyit Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 03:09-da başa çatıb.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top