04.11.2015
Qəzalar
Bakıda yük maşını yandı: sürücü yaralandı
Bakıda yük avtomobilində yanğın olub. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi rayonunda vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı avtomobilin sahibi qol nahiyyəsindən yanıq xəsarəti alıb. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fidan