04.11.2015
Qəzalar
Ata və qızını vuran sürücü qaçıb
Bakıda ata və qızını avtomobil vurub. Cars-az əxəbər verir ki, hadisə Xətai rayonu Zığ şosesində qeydə alınıb.
Belə ki, naməlum avtomobil yolu keçən, 1940-cı il təvəllüdlü Ələsgərov Dəmir Musa oğlu və onun qızı 1968-ci il təvəllüdlü Tünzalə Ələsgərovanı vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Şahidlər bildiriblər ki, ata və qızını "VAZ 2106" markalı avtomobil vurub. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Piyadaları vurub qaçan sürücünün axtarışları davam etdirilir.