04.11.2015
Qəzalar
“Hyundai” ağaca çırpıldı - Sürücü yaralandı
Şamaxı rayonunun Çuxuryurd kəndidə (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib. Cars-az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nəticədə avtomobildə şəxsiyyəti məlum olmayan 1 nəfər sərnişin yanğınsöndürən-xilasedicilir hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılıb. Avtomobilin sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Əməliyyat saat 19:15-də başa çatıb.
Fidan