04.11.2015
Qəzalar
Traktorla iki avtomobil toqquşub, ölən var
Qubada traktorla minik maşınları toqquşub. Cars-az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Rayonun Qaraçay kəndində 1-ci Nügədi kənd sakini Elvin Həsənovun idarə etdiyi "T-40" markalı traktorla Bakı şəhər sakini Qüdrət Mönsümovun və Sumqayıt şəhər sakini Əlisa Məmmədovun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə Q.Mönsümovun sərnişini Abşeron rayon sakini Vüsal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Cavid