Məşhur yarışda olay: iki yoldaşını vurdu

Məşhur yarışda olay: iki yoldaşını vurdu

Məşhur yarışda olay: iki yoldaşını vurdu

ABŞ-da ən populyar avtomobil idman növlərindən olan NASCAR-da dünən olay yaşanıb.

"Sprint Cup"s Pocono Raceway" yarışında "Team Penske" komandasının pilotu, 31 yaşlı Bred Keselovski pit-stopa daxil olandan sonra avtomobilini dərhal saxlaya bilməyib.

Cars-az daily mail-ə istinadən bildirir ki, Pensilvaniyadakı yarışın "Windows 10 400 event" mərhələsində avtomobilin pit-stopda hərəkəti nəticəsində B.Keselovski komandanın texniki heyətinin iki əməkdaşını vurub.

Vurulanlardan heç biri ağır yara və ya travma almayıb.

NASCAR avtoyarış seriyası ABŞ-da ən populyar avtomobil turnirlərindən biridir. Yarışların keçirildiyi avtodromların əksəriyyəti 100 mindən artıq tamaşaçı tutur.

Sportkarların orta sürəti 300 km/saatdır. Maksimal sürəti isə avtomobilin mühərrikinin gücünü azaldan xüsusi detallar olan restriktorlar ucbatından əldə etmək mümkün deyil.

http://img.milli.az/2015/08/03/360423_06.jpg

http://img.milli.az/2015/08/03/360423_04.jpg

Dostlarınla paylaş


Şərhlər


Top