04.11.2015
Qəzalar
Gəncədə Kəlbəcər sakinini maşın vurdu
Gəncədə Kəlbəcər sakinini maşın vurub. Cars-az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də saat 08 radələrində Gəncənin Nizami rayonunun Gülüstan qəsəbəsində şəhər sakini Elnur Əsədov idarə etdiyi "QAZ-270500" markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Nazim Hümmətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Gəncə Rayon Polis İdarəsi araşdırma aparır.
Fidan