Tovuzda mikroavtobus aşdı: 6 yaralı

Tovuzda mikroavtobus aşdı: 6 yaralı

Cars-az regiontv-yə istinadənxəbər verir ki, Tovuzda traktorla mikroavtobus toqquşub. Qəzada 6 nəfər xəsarət alıb. Tovuz rayonunun girişində Aşağı Quşçu kənd sakini Vüqar Bayramovun idarə etdiyi traktorla Bozalqanlı sakini Mirzə Abbasovun sürücüsü olduğu "Mercedes-Sprinter" toqquşub. Qəza miktoavtobus ötmə əməliyyatını həyata keçirən zaman baş verib. Nəticədə sərnişindaşıyan mikroavtobus aşıb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsətəxanadan verilən məlumata görə, yaralılardan 4-nün xəsarətləri yüngül olduğundan ambulator müayinə olunaraq evə buraxılıb. Digər iki nəfər - Mirzə Abbasov və Səlmi Şirinovanın vəziyyətini isə həkimlər kafi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top