Tovuzda iki avtomobil toqquşub; 1 yaralı

Tovuzda iki avtomobil toqquşub; 1 yaralı

Tovuzda bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb. Arzu İsayevin idarə etdiyi "VAZ-2106" və Rasim Qasımovun sürdüyü "Mitsubshi" markalı avtomobillərin toqquşması zamanı “VAZ-2106” yoldan çıxaraq aşıb. Qəza zamanı «VAZ» markalı avtomobildə olan sərnişin, 40 yaşlı Teymur İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top