Ağdaşda maşın yandı; 2 yaralı

Ağdaşda maşın yandı; 2 yaralı

Ağdaşda minik avtomobili yanıb. Cars-az FHN-ə istinadən xəbər verir ki, Ağdaş şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yük hissəsi və 1 ədəd arxa təkəri yanıb. Yanğın zamanı avtomobildə təmir işləri aparan zaman 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və qonşular tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top