20.02.2016
Qəzalar
Tovuzda 36 yaşlı kişini maşın vurdu
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Rayonun Ağdam kənd sakini, 1980-ci il təvəllüdlü Sakit Sadıqov qapalı kəllə beyin travması diaqnozu ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, S. Sadıqovu avtomobil vurub. Lakin hadisənin hansı şəraitdə olduğu hələ ki, məlum deyil.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.APA