19.02.2016
Qəzalar
DİN Göygöldəki qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Göygöl şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Сars-az nazirliyin saytına istinadən xəbər verir ki, fevralın 18-də saat 23 radələrində Göygöl şəhərində rayon sakini Qədim Abdıyevin idarə etdiyi “VAZ-2107” və Gəncə şəhər sakini Araz Tanrıverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər 2 sürücü və A.Tanrıverdiyevin 1 sərnişini, habelə Q.Abdıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Fidan