19.02.2016
Qəzalar
Sərnişin avtobusu ilə yük maşını toqquşdu, 61 nəfər ölüb
Qərbi Afrikada yerləşən Qana Respublikasında baş verən dəhşətli yol qəzası nəticəsində, son məlumatlara görə, 61 nəfər həyatını itirib.
Сars-az xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN telekanalı məlumat yayıb.
Məlumata görə, qəza sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verib. Həkimlər sərnişinlərin əksəriyyətinin hadisə yerində öldüyünü, 25 nəfərin sağ qaldığını bildiriblər.
İlkin məlumatlara görə, toqquşmaya avtobusda əyləc sisteminin işləməməsi səbəb olub.