19.02.2016
Qəzalar
Gəncədə maşın piyadanı öldürdü
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Сars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 1992-ci təvəllüdlü Rəcəbli Tural Yaşar oğlunu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Açıq kəllə-beyin travması, hər iki aşağı ətraf sümüklərinin sınığı xəsarəti alan T. Rəcəbli reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, T. Rəcəblini xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.