04.11.2015
Qəzalar
Təyyarə limanda alışdı: 14 yaralı
Britaniyanın "British Airways" aviaşirkətinin "Boeing 777-220" sərnişin təyyarəsi ABŞ-ın Las-Veqas şəhərindəki MakKerran hava limanında alışıb. İnsident Las-Veqasdan Londona uçacaq təyyarə havaya qalxmağa hazırlaşanda yaşanıb. Cars-az losangelestimes-a istinadən bildirir ki, 159 sərnişin və 13 heyət üzvünün olduğu təyyarədə 14 nəfər xəsarət alıb. İnsidentdən sonra təyyarə hava limanının dayanacaq hissəsinə aparılıb, bütün sərnişinlər avtobuslarla terminallara daşınıb. Yanan təyyarə 2276 reysi ilə Las-Veqasdan Londondakı Qetvik hava limanına uçmalıydı.