Təyyarə avtomobilin üstünə düşüb, ölənlər və yaralananlar var

Təyyarə avtomobilin üstünə düşüb, ölənlər və yaralananlar var

Təyyarə avtomobilin üstünə düşüb, ölənlər və yaralananlar var

Braziliyada yüngül motorlu təyyarənin avtomobilin üstünə düşməsi nəticəsində azı 5 nəfər ölüb, daha 5-i xəsarət alıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, insident Londrina şəhərində qeydə alınıb.

Məlumata əsasən, hadisə təyyarənin kənd təsərrüfatı işləri ilə məşğul olduğu zaman baş verib. Maşında isə yaxınlıqdakı avtomagistralı təmir edən fəhlələr olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

Dostlarınla paylaş


Şərhlər


Top