21.01.2016
Qəzalar
Məktəb avtobusu qəzaya düşdü: 9 uşaq yaralandı
ABŞ-da məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində 9 uşaq xəsarət alıb. Сars-az xarici mətbuata istinadən xəbər verir ki, insident İllinoys ştatının Biç-Park şəhərində qeydə alınıb.
Müxtəlif bədən xəsarətləri alan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Qəza zamanı avtobusda 50 məktəbli olub.
Hadisənin başvermə səbəbi barədə hələ ki, məlumat verilmir.
Faktla bağlı araşdırmalara başlanılıb.