04.11.2015
Qəzalar
Təngəaltıda qəzaya düşdülər, sağ qalan olmadı
Quba rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Quba rayon polis şöbəsinin növbətçi hissəsindən anspress-ə verilən məlumata görə, hadisə Quba-Xınalıq yolunun Təngəaltı kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza sürücünün avtomobilə idarəetməni itirməsi nəticəsində meydana gəlib. Qəzada avtomobildə olan 2 nəfər dünyasını dəyişib. Ölənlər Quba rayon mərkəzi xəstəxanasının morquna yerləşdirilib və məhkəmə tibbi ekspertizasının baxışından sonar ailələrinə təhvil veriləcək.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.