“Kraz” və "Ford" yandı

“Kraz” və "Ford" yandı

Göyçayda yanğın hadisəsi qeydə alınıb. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Məlikkənd kəndində vətəndaşa məxsus “kraz” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri və yük yerinə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeronda qeydə alınıb. "Ford Tranzit" markalı yük avtomobilinin salon, mühərrik və qabaq hissəsinin 2 təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top