22.02.2016
Qəzalar
Sərnişin avtobusu qəza törətdi: ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində "Transgeyt" MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.