22.02.2016
Qəzalar
İki mikroavtobus toqquşdu - 5 ölü
Gürcüstanda iki mikroavtobusun qarşı-qarşıya toqquşması nəticəsində beş nəfər ölüb. “Rustavi-2” telekanalının yaydığı məlumata görə, hadisə ölkənin şərqində - Ucarma kəndi ərazisində baş verib. Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Hadisə yerində polis və xilasedicilər işlər. Qəza nəticəsində ağır xəsarətlər almış daha iki nəfər xəstəxanaya yerləşdirilib.