Salyanda "BMW" aşdı: 2 yaralı

Salyanda "BMW" aşdı: 2 yaralı

Salyan rayonunda ağır yol qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında Ələt-Astara magistral yolunun 35-ci kilometrində, Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini Fuad Əliyevin idarə etdiyi "BMW" markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində sürücü xəsarətsiz ötüşsə də avtomobildə olan sərnişinlər - Cəlilabad sakinləri, 1982-ci il təvəllüdlü Yaqub İldırım oğlu Məmmədov və 1957-ciil təvəllüdlü Səadət Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top