04.11.2015
Qəzalar
"Chevrolet” SOCAR-ın binasına girdi – FOTO
Ötən gün paytaxtda minik maşını Azərbaycan Dövlət Neft Şirkətinin binasına girib. Cars-az baku.ws-ə istinadən xəbər verir ki, "Chevrolet aveo” markalı, 90 VG 510 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospektində SOCAR-ın yerləşdiyi binaya girib. Qəza nəticəsində şirkətin binasına və avtomobilə ziyan dəyib. Maşının sürücüsü yüngül xəsarət alıb.