13.03.2016
Qəzalar
Reyd zamanı qəza - Sərxoş avtobus sürücüsü yaxalandı
Dünən gecə paytaxtın Nərimanov rayonunda zəncirvari qəza baş verib. Dövlət yol polis əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman iki minik avtomobilinin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxladıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu həmin avtomobillərə çırpılaraq zəncirvari qəzaya səbəb olub. Qəza zamanı minik avtomobillərindən birinin sürücüsü və sərnişini xəsarət alıb. Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. Faktla əlaqədar araşdırmalar aparılır.