Reklam lövhəsi avtomobillərin üzərinə aşdı

Reklam lövhəsi avtomobillərin üzərinə aşdı

Reklam lövhəsi avtomobillərin üzərinə aşdı

Küləyə davam gətirməyən nəhəng reklam lövhəsi yoldakı avtomobillərin üzərinə aşdı. Сars-az atv.az-a istinadən xəbər verir ki, izləyənləri dəhşətə gətirən bu görüntülər Meksikanın Metepek şəhərində lentə alınıb. Hərəkətdə olan avtomobillərin sürücü və sərnişinləri bir anda ölümlə üz-üzə qalıb.

Avtomobillərin tavanı metal lövhənin ağırlığına davam gətirməyərək çöküb. Bu vaxt 2 avtomobildəki 5 nəfər möcüzə nəticəsində sağ qalıb. Əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Xəsarət alanların həyatı üçün təhlükənin sovuşduğu açıqlanıb.

Hadisənin baş verdiyi yolda nəqliyyatın hərəkəti bir neçə saatlıq dayanıb. Reklam lövhəsi qaldırıcı kranla ərazidən uzaqlaşdırıldıqdan sonra avtomobillərin hərəkəti bərpa edilib.

Dostlarınla paylaş


Şərhlər


Top