11.03.2016
Qəzalar
Daha bir avtobus sürücüsü barəsində cinayət işi başlanılıb
Bakıda piyadanın avtobus tərəfindən vurulması hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Сars-az “report”a istinadən xəbər verir ki, hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə martın 10-da baş verib. A.Mustafayev küçəsində Biləsuvar rayon sakini 36 yaşlı Nurəddin Salmanov 165 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu ilə piyada yolu keçən Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Esmiralda Zeynalovanı vurub. Piyada hadisə yerində ölüb.