07.03.2016
Qəzalar
Quşlar təyyarəni endirdi
ABŞ-ın "United Airlines" şirkətinə məxsus Boeing-767 təyyarəsi Hyuston şəhərinin hava limanında məcburi eniş edib.
Сars-az report-a istinadən bildirir ki, Almaniyanın "Menhen" şəhərinə səfər edən təyyarə Hyustonun hava limanından qalxdıqdan bir müddət sonra quş dəstəsinə çırpılıb.
Təyyarədəki 184 sərnişin gərgin və qorxu dolu anlar yaşayıb. Xoşbəxtlikdən sərnişinlərə heç nə olmayıb.