Qazaxda ağır qəza: 2 yaralı

Qazaxda ağır qəza: 2 yaralı

Qazax rayonunda sərnişin avtobusu "Mercedes" markalı minik maşını ilə toqquşub. "Report"-un məlumatına görə, hadisə rayon ərazisində Ağstafaçayın üzərindəki körpüdə baş verib. "Qırmızı Körpü" istiqamətində hərəkət edən avtobusda ona yaxın sərnişin olub, xəsarət alan yoxdur. Toqquşma nəticəsində "Mercedes"-də olan iki nəfər ağır xəsarət alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerleşdiriliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Dostlarınla paylaş


Şərhlər


Top