29.11.2015
Qəzalar
"Opel Omega" piyadanı vurub öldürdü
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən, Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
APA