"Daewoo" ilə süpürgəçi qadını əzdi: 3 nəfər yaralandı

"Daewoo" ilə süpürgəçi qadını əzdi: 3 nəfər yaralandı

"Daewoo" ilə süpürgəçi qadını əzdi: 3 nəfər yaralandı

Gəncədə baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Cars-az regiontv-yə istinadən xəbər verir ki, Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə şəhərin Bakı istiqamətinə çıxışında, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. "Daewoo" markalı minik avtomobili hərəkətdə olarkən yolu süpürən qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Avtomobil sonra yolun kənarında olan divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə Çəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top