Göyçayda iki maşın toqquşdu: 4 yaralı

Göyçayda iki maşın toqquşdu: 4 yaralı

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az-ın APA TV-yə istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Məlumata görə, 10 CV 605 dövlət nömrə nişanlı “VAZ-21099” və 62 BB 913 dövlət nömrə nişanlı “Niva” markalı minik avtomobillər toqquşub. Qəza nəticəsində rayon sakinləri - 1998-ci il təvəllüdlü Qasımova Aygül Rayus qızı, 1960-cı il təvəllüdlü Mikayılov Şiraslan Arif oğlu, 1957-ci il təvəllüdlü Qasımov Rayus Cəmaləddin oğlu və 1963-cü il təvəllüdlü Qasımova Gülbəniz Ağababa qızı ağır xəsarət alıb. Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım maşınları ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top