Qəza törədən sürücü ağır yaralandı

Qəza törədən sürücü ağır yaralandı

Gədəbəydə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Cars-az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Miskinli kənd sakini, 30 yaşlı Tural Əliyev idarə etdiyi avtomobillə qəza törədib. Hadisə zamanı avtomobildə tək olan sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Tural Əliyev qarın boşluğunun küt travması, təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə xəstəxanaya gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Dostlarınla paylaş


Şərhlər


Top