İranda yol qəzasında üç azərbaycanlı yaralanıb

İranda yol qəzasında üç azərbaycanlı yaralanıb

İranda yol qəzasında üç azərbaycanlı yaralanıb

İranda nəqliyyat qəzasında üç Azərbaycan vətəndaşı yaralanıb. Salamnews-un İRNA-ya istinadla verdiyi xəbərə görə, qəza ötən gün Germi-Ərdəbil yolunda baş verib. Məlumata görə, Germi-Ərdəbil yolunun Ağdaş və Əli-Məhəmmədli bölgələrindən keçən hissəsində iki "Pejo" markalı avtomaşının toqquşması ilə qəza baş verib. Nəticədə üç Azərbaycan vətəndaşı yaralanıb.

Yaralılar Ərdəbil əyalətində səhiyyə ocaqlarına yerləşdiriliblər.

Dostlarınla paylaş


Şərhlər


Top