07.12.2015
Qəzalar
Qazaxıstanda yol qəzası: 10 ölü
Qazaxıstanın Almatı vilayətində avtomobillərin toqquşması nəticəsində 10 nəfər ölüb.
Cars-az "Novosti-Kazaxstan" agentliyinə istinadən verdiyi məlumata görə, vilayət Daxili İşlər Departamentinin mətbuat xidmətindən bildirilib ki, hadisə dekabrın 6-da Cambul rayonu ərazisində - Almatı-Akrerek-Alqa yolunun 138-ci km-də qeydə alınıb.
"Mercedes-Benz" və "Toyota Windom" avtomobillərinin toqquşması 10 nəfərin ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.