07.12.2015
Qəzalar
Bakıda üç avtomobil toqquşdu – FOTO
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cars-az oxu.az-a istinadən xəbər verir ki, hadisə Məmməd Araz küçəsi ilə Şəmsi Rəhimov küçələrinin kəsişməsində baş verib.
Belə ki, Məmməd Araz küçəsi ilə hərəkət edən “Ford” markalı avtomobil “KİA” markalı avtomobilə çırpılıb. Zərbə nəticəsində “KİA” markalı avtomobil “Volkswagen” markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində ciddi xəsarət alan olmayıb, avtomobillərə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.