Dəhşətli qəzada 18 nəfər öldü

Dəhşətli qəzada 18 nəfər öldü

Hindistanda dəhşətli yol qəzası baş verib. APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Hindistanın Racastrxan əyalətində pikap tipli avtomobil yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb. Nəticədə 11-i qadın olmaqla 14 nəfər yerindəcə ölüb, daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda keçinib. Pikapda olan fəhlələr növbədən evə qayıdırmış. Qəzanın səbəbləri dəqiqləşdirilir.

Dostlarınla paylaş


Şərhlər


Top