Qatar relsdən çıxdı: 5 ölü, 50 yaralı var

Qatar relsdən çıxdı: 5 ölü, 50 yaralı var

Qatar relsdən çıxdı: 5 ölü, 50 yaralı var

Amerika Birləşmiş Ştatlarında Qatar qəzası yaşanıb. Cars-az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Vaşinqtondan Nyu-York istiqamətində hərəkətdə olan qatarın təxminən səkkiz-on vaqonunun relsdən çıxması ilə nəticələnən qəza hadisəsi baş verib. Bu barədə yerli NBC telekanalı xəbər yayıb. Xəbərdə bildirilir ki, qəza zamanı 5 nəfər dünyasını dəyişib, ən azı 50 nəfər xəsarət alıb. Hökumət nümayəndələrinin sözlərinə görə, qatarda 240 nəfər var imiş.

Hazırda qəza yerində xilasedicilərin işlədiyi vurğulanır. Onlar vaqonlarda olan digər sərnişinlərin təxliyyəsinə çalışırlar. Qeyd edək ki, qəza zamanı qatarda olan sərnişinlərdən biri də sabiq konqresmen Peatrik Merfi olub. O, tvitter səhifəsində qəadan çəkdiyi görüntünü paylaşıb.








Dostlarınla paylaş


Şərhlər


Top