04.11.2015
Qəzalar
Qaradağda maşın aşıb: 1 ölü
Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Eldar Məmmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobili aşırıb. Cars-az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, sürücü hadisə yerində ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Fidan