Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Qadını maşın vurdu
Qadını maşın vurdu

Qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 12-də axşam saatlarında şəhərin Nizami küçəsində qeydə alınıb. İşlədiyi restorandan çıxan, 1967-ci il təvəllüdlü Hökumə Əhmədova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. H. Əhmədova özünü pis hiss etdiyi üçün müvazinətini itirərək avtomobilə dəydiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top