Minik və yük avtomobili toqquşdu

Minik və yük avtomobili toqquşdu

Ağcabədi rayonunda yol qəzası baş verib. Nəticədə sürücü bədən xəsarətləri alıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Cars-az-a verilən xəbərə görə, Ağcabədi rayonu Bəhrəmtəpə-Mingəçevir yolunun 109-cu kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili və "MAZ" markalı yük avtomobili toqquşub. Hadisə nəticədə minik avtomobili deformasiyaya uğrayıb. Qəza yerinə cəlb edilən FHN-in yanğınsöndürən-xilasediciləri əzilmiş maşından xəsarət almış sürücünü çıxararaq xəstəxanaya təhvil veriblər. Faktla bağlı araşdırmalara başlanıb.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top