MTN binası qarşısında qadın vuruldu

MTN binası qarşısında qadın vuruldu

Bir neçə dəqiqə əvvəl Milli Təhlükəsizlik Nazirliyinin qarşısında yol qəzası olub. Cars-az xəbər verir ki, hadisə şahidlərinin criminal.az-a verdiyi məlumata görə, nazirlik binasının qarşısında "Hyundai" markalı avtomobil yaşlı qadını vurub. Yaralı qadın ağır vəziyyətdə yaxınlıqda yerləşən Mərkəzi Klinik Xəstəxanaya aparılıb. Maşın qadını piyada zolağında vurub. Hadisə yerinə polis əməkdaşları gəliblər. Hazırda araşdırma aparılır. Yaralı qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmadı.

Dostlarınla paylaş


Şərhlər


Top