12.11.2015
Qəzalar
Magistralda qəza - Ölən və yaralanan var
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. Cars-az-ın APA-ya istinadən məlumatına görə hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmiov və 1988-ci il təvəllüdlü Seymur Qasımov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.