04.11.2015
Qəzalar
Magistral yolda «Kamaz» «Daewoo»nu əzib yandırdı
Kürdəmir rayonunun Sığırlı kəndində vətəndaşlara məxsus «Kamaz» markalı yük avtomobili ilə “Daewoo Gentra” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib. Cars-az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fərid