04.11.2015
Qəzalar
4 nəfərin öldüyü qəza ilə bağlı DİN-dən açıqlama
Avtosfer.az-ın DİN-in saytına istinadən xəbərinə görə, iyulun 10-da saat 09 radələrində Tovuz rayonunun Qovlar şəhərində Füzuli rayon sakini Nadir Məmmədovun idarə etdiyi “Mercedes” və Sumqayıt şəhər sakini Mehdi Hacıyevin idarə etdiyi “Daewoo”(avtobus) markalı avtomobillər toqquşub. Nəticədə N. Məmmədov və sərnişinləri - arvadı Nərmin, oğlu Aslan və qızı Əsma hadisə yerində ölüb, M. Hacıyevin 8 sərnişini xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırmalar aparılır.