Bakıda minik avtomobili avtobusla toqquşdu: ölən var

Bakıda minik avtomobili avtobusla toqquşdu: ölən var

Bakıda minik avtomobili avtobusla toqquşdu: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bilgəh qəsəbəsində qeydə alınıb. Gədəbəy rayon sakini, 1978-ci il təvəllüdlü Ramiz İsmayılov idarə etdiyi «VAZ 21011» markalı avtomobillə Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində R.İsmayılov hadisə yerində ölüb.

Dostlarınla paylaş


Şərhlər


Top