04.11.2015
Qəzalar
Bakıda baş verən qəzada sürücü öldü
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Cars-az xəbər verir ki, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb.
Gədəbəy rayon sakini Ramiz İsmayılovun idarə etdiyi “VAZ-21011” və Tovuz rayon sakini Telman Allahverdiyevin idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşub.
Nəticədə Ramiz İsmayılov hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.