İki maşın toqquşdu, biri dərəyə yuvarlandı

İki maşın toqquşdu, biri dərəyə yuvarlandı

İki maşın toqquşdu, biri dərəyə yuvarlandı

Cars-az regionTV-yə xəbər verir ki, Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Qəza saat 08:50-də rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Qazax istiqamətində hərəkətdə olan "VAZ-21011" markalı avtomobillə qarşıdan gələn "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə Ağstafa rayon sakininin idarə etdiyi "VAZ-21011" yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza yerinə gələn Dövlət Yol Polisi Xidmətinin əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırırlar.

Dostlarınla paylaş


Şərhlər


Top